Mətanəti sevən kişi illər sonra qarşısına çıxdı - Canlı yayımda GÖZLƏNİLMƏZ QONAQ - VİDEO - FOTO

15 Fevral 2018 11:31

Dünən "5/5"-də əməkdar artist Mətanət İsgəndərli sürprizlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, verilişin aparıcısı Zaur Kamalın Mətanətə "Sevgililər günü"ndə etdiyi bu sürpriz onun yadından asan çıxacaq kimi görünmür.

Belə ki, aparıcı müğənniyə onu gəncliyində sevən bir kişinin illər sonra "Sevgililər günü" ilə bağlı ona müraciət etdiyini deyib. Zaur ailəli, artıq nəvə sahibi olan həmin şəxsin kameralarına etdiyi etirafı monitorda nümayiş etdirib. Mətanət İsgəndərli baş verənləri heyrət içində izləyib.

Kadrlar bitdikdən sonra sözügedən şəxs əlində gül dəstəsi ilə efirə daxil olub.

Müğənninin təəccübü obyektivlərdən qaçmayıb.

Ətraflı aşağıdakı videoda:

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mətanəti sevən kişi illər sonra qarşısına çıxdı - Canlı yayımda GÖZLƏNİLMƏZ QONAQ

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində