Rabitəbankın Visa Gold kartı ilə Sevgililər günü yaxınlarınızı sevindirin!

15 Fevral 2018 11:25

Rabitəbankın VISA Gold kart istifadəçiləri 14-fevral Sevgililər günü ərəfəsində yaxınlarına hədiyyə etmək üçün "Rabitəbank"-ın VISA Gold kartının təklif etdiyi xüsusi endirimlərdən yararlana bilərlər.

Çünki Rabitəbank-ın Visa Gold kartı ilə aparılan ödənişlər öz sahiblərinə, Liu-Jo, Juicy Couture, Faik Sönməz və Delloro məşhur brend mağazalar şəbəkəsindən 20% - dək endirim qazandıracaq!

İndi Rabitəbankın VISA Gold kartının xüsusi imtiyazları ilə hər bir müştəri hətta adi günlərdə özünü özəl hiss edərək eksklüziv təkliflərdən, endirimlərdən və aksiyalardan zövq alacaqlar.

Visa Gold kart sahib olmaq istəyən şəxslər bankın ən yaxın filialına yaxınlaşaraq və ya http://bit.do/plastic-cards linkınə daxil olaraq kartını onlayn sifariş edə bilərlər. Visa Gold kartına minimal mədaxil etdikdə kart müştəriyə PULSUZ təqdim olunur. 

Kampaniya haqqında ətraflı məlumatı www.visa.com.az saytından, bankın digər xidmət və məhsulları haqqında ətraflı məlumatı isə 133 Məlumat Mərkəzi və ya bankın rəsmi saytından (www.rabitabank.com) əldə etmək olar.

Rabitəbank 2017-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart istifadəçilərinin sayını 50.340-a, ATM şəbəkəsini isə 61-ə çatdırmışdır.

Fəaliyyət göstərdiyi 25 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7-si Bakı şəhərində,15-si  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

1993-cü ildə fəaliyyətə başlayan Rabitabank ASC tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir.