Neymar: "Ötən mövsüm daha çətin olanı bacarmışdıq"

15 Fevral 2018 11:36

Adı tez-tez "Real"la hallandırılan Neymar Parisdəki həyatından məmnunluğunu növbəti dəfə ifadə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının play-off matçında PSJ-nin "Real"a 1-3 məğlubiyyətindən sonra açıqlama verən barziliyalı ulduz Parisdəki yaşamından da danışıb:

PSJ ilə müqaviləm var. Komanda yoldaşlarımla xoşbəxtəm və sadəcə, buradakı hekayəmi düşünürəm. Tur çox çətindir, ancaq imkansız deyil. Ötən sezon daha pisini yaşamışdıq, sonra öhdəsindən gəlməyi bacardıq. Ümid edirəm cavab oyununda istədiyimiz nəticəni qazanarıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində