Çində 68 yaşlı qadında "quş qripi" aşkar edildi

15 Fevral 2018 10:33

Çində H7N4 "quş qripi" virusuna insanın ilk yoluxma faktı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin səhiyyə işləri üzrə Dövlət Komitəsi Tszyansu vilayətində 68 yaşlı qadının ötən ilin sonunda "pnevmaniya" diaqnozu ilə xəstəxanaya daxil olduğunu, daha sonra ondan götürülən qan nümunələrində H7N4 virusunu aşkar edib.

Məlumata görə, sonradan qadının yaşadığı ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Çində H7N9 "quş qripi" virusu daha çox yayılıb, 2013-cü ildə bu virusdan 600 nəfər dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində