Bakıda 2 avtomobil toqquşub: ölənlər var

15 Fevral 2018 08:08

Paytaxtda iki avtomobil toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində