ABŞ-da silahlı insident: yaralananlar var - FOTO

15 Fevral 2018 08:43

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) binası qarşısında yerli vaxtla saat 07:00-da silahlı insident baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Hadisə zamanı bir neçə nəfərin xəsarət aldığı, lakin bunun atışma nəticəsində baş vermədiyi bildirilir.

Məlumata əsasən, naməlum şəxslər avtomobillə agentliyin Fort Med (Florida ştatı) şəhərindəki ərazisinə icazə olmadan daxil olmağa çalışıblar.

Silahın kim tərəfindən tədbiq olunduğu barədə məlumat verilmir.

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı ABŞ Federal Təhqiqatlar Bürosu araşdırmaya başlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində