Bakıda 1 otaqlı ev yandı

14 Fevral 2018 19:30

Bakının Sabunçu rayonunda yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Milli.Az