"AMEA haqqında xoşagəlməz fikirlər səslənir"

14 Fevral 2018 17:24

Cəmiyyətdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) haqqında xoşagəlməz fikirlər söylənilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə AMEA-nın Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı deyib.

Z.Səmədzadə təklif edib ki, belə fikirlərin düzgün olmadığını göstərmək üçün AMEA-nın bölmələri ictimaiyyətlə görüşlər keçirsin:

"İnstitutların gördükləri işlər çoxdur. Onlar haqqında saatlarla danışmaq olar. Cəmiyyət bunları eşitsə, akademiyaya olan yanaşma dəyişər, ona diqqət artar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində