Məzahir Pənahov: "Beynəlxaq qurumları, diplomatik nümayəndələri maraqlandıran hansısa məsələlər varsa..."

14 Fevral 2018 17:08

Seçki Məcəlləsində irəli sürülən tələblərə maksimum əməl edilməsi tələbi dairə seçki komissiyalarının qarşısında əsas vəzifə kimi qoyulur. Ona görə də Mərkəzi Seçki Komissiyası (MSK) məsələni diqqətdə saxlamalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclaısnda deyib.

M.Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası bu məsələni xüsusi diqqətdə saxlayacaq: "Mən ümumi seçki prosesini nəzərdə tuturam. Seçkinin nəticələri Konstitusiya Məhkəməsində təsdiq olunana qədər onlar MSK-nın nəzarətində olacaqlar. Hansısa icra nümayəndəsi, komissiya üzvü, vəzifədən kənar şəxslər Seçki Məcəlləsinin qərarları ilə bağlı hansısa xoşagəlməz hala yol verməməlidir. Biz bunu MSK-nın mövqeyi kimi bildirməliyik. MSK bütün beynəlxaq qurumları, diplomatik nümayəndələri seçki prosesini izləməyə dəvət edib. Onları maraqlandıran hansısa məsələlər varsa, qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara cavab verməliyik".

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində