MSK YAP-ın səlahiyyətli nümayəndələrini qeydə alıb

14 Fevral 2018 17:01

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub.

Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində