MSK İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

14 Fevral 2018 16:19

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyini təsdiq olunması müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində