5 il sonra barışdılar

14 Fevral 2018 23:36

"Alatoran" filminin qəhrəmanları Robert Pattinsonla Kristen Stüart 5 illik ayrılıqdan sonra yenidən barışıblar. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük Los-Ancelesdə barların birində səhərədək əylənib. Şahidlər Robertlə Kristenin əvvəlkitək səmimi olduqlarını qeyd ediblər. 

Qeyd edək ki, Robertlə Kristen 2008-ci ildə "Alatoran" filminin çəkilişi zamanı tanış olublar. Onlar qısqanclıq səbəbindən 2012-ci ilin sonlarında ayrılıq qərarı almışdılar. Cütlük filmdə də sevgili rolunda çəkilib.

Milli.Az