Ander Errera, Qabi və İborra 2 il həbs cəzası ala bilər

14 Fevral 2018 19:36

İspaniyada 2011-ci ildə "Levante" və "Zaragoza" arasıneda baş tutan danışılmış oyunla bağlı araşdırma davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, prokurorluq həmin oyunda iştirak edən futbolçulara 2 illik həbs cəzası və futboldan 6 aylıq diskvalifikasiya tələb edir. Oyunu satmaqda şübhəli bilinən şəxslər arasında Qabi Fernandes ("Atletiko"), Ander Errera ("Mançhester Yunayted"), Visente İborra ("Lester Siti") və Leonardo Ponsio ("River Pleyt") var. Danışılmı oyundan sonra onların hesabına 1 milyon avroya qədər pul köçürüldüyü iddia olunur.

İspaniya qanunlarına görə ilk qanun pozuntusuna görə təyin olunan 2 illik həbs cəzası şərti xarakter daşıyır. Bu cəza cərimə ilə əvəzlənə bilər. Ən riskli vəziyyətdə həmin vaxt "Zaragoza"nı çalışdıran Xavyer Aqirredir. Onun adı daha bir danışılmış oyunda hallanır. Məqşçinin hər iki ittihamı təsdiq olunsa, onu real azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, "Zaragoza" - "Levante" qarşılaşması 2010/11 mövsümünün son turunda baş tutub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə qalib komandanın I Divizionda qalmasını təmin edib. İspaniya prokurorluğu iddia edir ki, qələbə qarşılığında "Zaragoza" "Levante"yə 965 min avro ödəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində