45 yaşlı Hollivud ulduzu ilk dəfə ana olacaq

14 Fevral 2018 21:03

45 yaşlı Hollivud ulduzu Kemeron Dias hamilədir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisaya yaxın mənbə məlumat yayıb. O bildirib ki, 38 yaşlı musiqiçi Benji Meddenlə ailəli olan Kemeron çətinliklə də olsa, hamilə qala bilib. Dias ana olmaq üçün süni mayalanmadan istifadə edib. 

Qeyd edək ki, bu, 2015-ci ildə ailə quran Kemeronun ilk hamiləliyidir. Aktrisa daha əvvəl açıqlamalarının birində ana olmaq istəmədiyini, uşaq böyütməyin əziyyətli bir iş olduğunu bildirmişdi.

mMilli.Az