"Bayıl sürüşmə zonasının sakinləri siyahıya alınıb" - İcra Hakimiyyəti

14 Fevral 2018 15:39

Bayıl sürüşmə zonasında evi olan sakinlər siyahıya alınıblar.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O bildirib ki, artıq siyahıya alınma başa çatıb: "Kimin ailəsində neçə nəfərin olması, məktəbdə yerləşdirilən vətəndaşların sayı dəqiqləşdirilib. Müvafiq prosedurlar yekunlaşan kimi biz işin icrasına başlayacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində