Nejat İşlərdən izlənmə rekordu qıran Sevgililər Günü TƏBRİKİ - VİDEO

14 Fevral 2018 22:52

"Bütün tənha insanların Sevgililər Günü mübarək olsun!"

Milli.Az xəbər verir ki, bu sözləri məşhur aktyor Nejat İşlər deyib.

Prodüserliyini Erol Avcının, rejissorluğunu Məmməd Ada etdiyi "Kaybedenler kulübü" filmin ikinci hissəsində çəkilən Nejat işlər pərəstişkarlarını sevindirib. Adıçəkilən filmin ikinci hissəsinin yeni tizeri yayımlanıb.

Filmin baş rol aktyoru Nejat İşlər Sevgililər Gününə özəl olaraq tizer üçün Riçard Brautiqanın "XX əsrdə yaşayıram" adlı şeirini səsləndirib. "Bütün yalnızların Sevgilililer Günü mübarək olsun" mesajı ilə bitən tizer qısa müddətdə izlənmə rekordu qırıb.

Məlumat üçün bildirək ki, filmin ikinci hissəsinin təqdimatı martın 16-da Türkiyədə baş tutacaq. Təqdimatdan bir neçə gün sonra isə Azərbaycan kinoteatrlarında da nümayiş edilməsi planlaşdırılır. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nejat İşlərdən izlənmə rekordu qıran Sevgililər Günü TƏBRİKİ