Mercedes Maybach - şampan badələri, soyuducu, "sehirli" oturacaqlar və TV - FOTO

14 Fevral 2018 14:06

Məşhur avtomobil firması "Mercedes-Benz" yeni modelini təqdim edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, yeni model "Maybach S-Class" seriyasına aiddir. Avtomobil iki rəngdə təqdim edilib. Qiyməti 237 min dollardır.

Avtomobilin salonunda şampan badələri, butulkaları saxlamaq üçün soyuducu, individual arxa oturacaqlar, açılıb-bağlanan masa və TV, kabelsiz telefon və yaxınlıqdakı otellər, restoranlar barədə məlumat verən cihaz quraşdırılıb.

Qeyd edək ki, model 2018-ci ilin aprel ayından satışa çıxarılacaq.

Bəxtiyar Umarlı
Milli.Az