Türk aşpaz Bekhemi heyran qoydu - VİDEO

14 Fevral 2018 23:24

Əfsanəvi futbolçu Devid Bekhem türkiyəli məşhur aşpaz Nüsrət Gökcənin Nyu Yorkdakı restoranının qonağı olub.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, mötəbər qonağa Nüsrət şəxsən özü qulluq göstərib.

Övladları ilə birlikdə məşhur aşpazın əlləri ilə kəsdiyi ətləri yeməkdən məmnunluğunu gizlətməyən Bekhem daha sonra Nüsrətin məşhur ət duzlama hərəkətini təkrar edib.

"Möhtəşəm günorta yeməyi üçün təşəkkürlər. Səninlə tanış olmaq gözəl və xoş təcrübə oldu", - Bekhem İnstaqram səhifəsində yazıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bekhem Nüsrətə təşəkkür etdi