Suriyada rus əsgərlərin öldürülməsi ilə bağlı yayılan xəbərlər yalan çıxdı - VİDEO

14 Fevral 2018 13:20

ABŞ-ın Suriyanın Deyr əz-Zor əyalətinə etdiyi hava hücumu nəticəsində 40-dan çox Rus hərbçisini öldüyü iddia edilib.

Milli.Az Sputniknews-a istianda xəbər verir ki, Rusiya XİN məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, yayılan məlumatlar dezinformasiyadır.

"Suriyada onlarla rus hərbçisinin öldürülməsi ilə bağlı Bloomberg və digər saytlarda yayılan məlumatlar dezinformasiyadır", - XİN-in açıqlamasında qeyd olunub.

Qeyd edək ki, həmin saytlarda hərbi qulluqçuların adları və video da yayılıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ Suriyada