Ronaldu və Messi ilə bağlı iddia - 2012-ci ildə...

14 Fevral 2018 14:34

Dünya futbolunun iki ulduzu - Lionel Messi və Kriştiano Ronaldo ilə bağlı yeni iddia ortaya çıxıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "France Football" nəşrinin iddiasına görə, 2012-ci ildə "Real"ın prezidenti Florentino Peres 200 milyon avro qarşılığında Kriştiano Ronaldonu PSJ-yə göndərməyə hazırlaşırdı. Peres bu məbləğlə "Barselona"dan Lionel Messini transfer etmək istəyib. Həmin vaxt Leonun transfer məbləği də məhz bu qədər idi.

Ancaq Ronaldonun Paris klubuna keçidinin alınmaması, bu transfer planının üzərindən xətt çəkib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində