Premyer Liqanın yayım hüququ 4.4 milyarda satıldı

14 Fevral 2018 15:30

İngiltərə Premyer Liqasının 2019 - 2022-ci illəri əhatə edən 3 mövsümlük yayım hüququnun bir qismi 4,464 milyard funt sterlinqə satılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 7 paketdən 4-nü (128 oyun) "Sky Sports" əldə edib. Bir paketi isə (32 oyun) "BT Sport" alıb. Digər iki paket hələlik satılmayıb.

Qeyd edək ki, 2019-cu ilədək qüvvədə olan 3 illik teleyayım hüququnun dəyəri 5,14 milyard təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində