Azərbaycan yığmasının Dünya Kubokundakı rəqibləri müəyyənləşdi

14 Fevral 2018 12:56

ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkü atılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Dünya Güləş Birliyinin mənzil qərargahında baş tutan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv Kuba, Qazaxıstan və Rusiya yığmaları ilə B yarımqrupunda mübarizə aparacaq.

ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.
Milli aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində