"Onun tribunada olduğunu bilmirdim"

14 Fevral 2018 15:10

"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/8 finalında səfərdə "Bazel"lə keçirilən ilk oyundan (4:0) sonra fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, həmin qarşılaşmanı stadiondan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv də izləyib. Gündoğan Lövün stadionda olmasından xəbərsiz olduğunu deyib:

"Mənim üçün ən vacib olan yaxşı oyun və yaxşı nəticədi. Çempionlar Liqasında həmişə çətin olur. Bu gün yaxşı oyun göstərdik və layiqli qələbə qazandıq.

Lövün tribunada olduğunu isə bilmirdim. Oyunum onun xoşuna gəlibmi? Bu haqda heç nə deyə bilmərəm, yaxşı olardı ki, bu sualı onun özünə verərdiniz. Ümid edirəm ki, gördükləri onu qane edib".

İlkay Gündoğan "Bazel"lə qarşılaşmada dubl edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində