Yaponiyada qar 15 nəfərin həyatına son qoydu

14 Fevral 2018 11:43

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əsasən ölkənin şimalında isə güclü qar səbəbindən 222 nəfər müxtəlif dərəcəli zədə alıb.

Ölüm hallarının Fukui, Niiqate və Toyame prefekturasında qeydə alındığı bildirilib.

Bölgələrdə yağan qarın hündürlüyünün 2 metrə çatdığı qeyd olunub.

Məlumata görə, güclü qar səbəbindən ölkədə onlarla aviareys təxirə salınıb, bir çox istiqamətlərdə qatarların hərəkəti dayanıb, məktəblər bağlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində