Keyn Cerardın rekordunu təkrarladı

14 Fevral 2018 11:50

İngiltərənin "Tottenhem" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ingilis futbolçular arasında bir mövsüm ərzində ən çox top vuran həmyerlisi Stiven Cerardın rekordunu təkrarlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, artıq hər iki futbolçunun hesabında 7 qol var. Harri Keyn artıq karyerasını başa vurmuş Cerarda ötən gecə ÇL-in 1/8 final mərhələsi çərçivəsində İtaliyanın "Yuventus" klubu ilə səfər oyununda vurduğu qol sayəsində çatıb. Cerard isə bu rekorda "Liverpul"un heyətində 2008/09 mövsümündə imza atıb. "Tottenhem"in forvardı İngiltərənin ÇL-dəki ən məhsuldar futbolçusuna çevrilmək şansı da var. O, ən azı "Yuventus"la cavab matçında fərqlənməklə mütləq rekordçuya çevrilə bilər.

Xatırladaq ki, ilk oyunda 2:2 hesablı heç-heçəyə razılaşan "Tottenhem"lə "Yuventus" arasındakı cavab qarşılaşması martın 7-də Londonda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində