8 yaşlı qızın başına gələnləri danışan həkim hönkürdü - işgəncə, təcavüz, ölüm... FOTO

14 Fevral 2018 12:08

Həkim məhkəmə zalında 8 yaşlı uşağa edilən təcavüz və işgəncədən danışarkən göz yaşlarına hakim ola bilməyib. O, hakimdən icazə alaraq zalı tərk edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Florida ştatında 61 yaşlı Donald James Smith 8 yaşlı Cherish Perrywinkle-ə təcavüz edib, onu işgəncə ilə öldürüb.

O, supermarketdə gördüyü uşağı aldadıb, onu McDonaldsa aparacığını söyləyib. Uşağı mikroavtobusa mindirən kişi onu qaçırdıb, zorlayıb və işgəncə ilə öldürüb.

Uşağın cəsədini ekspertiza edən həkim məhkəmə zalında ona edilən işgəncədən bəhs edərkən göz yaşlarına hakim ola bilməyib. O, hakimdən icazə istəyib, ağlayaraq zalı tərk edib.

Milli.Az fotoları təqdim edir:

Emin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində