Taylanda istirahətə gedən turistlər xəstəxanalıq oldu

14 Fevral 2018 11:06

Taylandda turist avtobusu qəzaya uğrayıb.

Milli.Az Trend-ə isinadən xəbər verir ki, hadisə Pxuket adasında avtobus yüksəklikdən enərkən baş verib. Qəza nəticəsində 1 taylandlı və 4 çinli xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun yüksəklikdən enərkən əyləcinin tutmaması olub.

Əyləci saxlamayan avtobus "Toyota Camry" markalı maşın və motosikletlə toqquşub. Nəqliyyat vasitəsində ümuilkdə 35 turist olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində