Alleqri: "Hələ də şansımız var"

14 Fevral 2018 10:40

"Yaxşı oyun oldu. Bir neçə səhv etdik. Buffonun möhtəşəm qurtarışı oldu və sonra hesabı 3:0 edə bilərdik. Birinci hissənin axırlarında penaltini də qaçırdıq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"lə bərabərə qaldıqları oyundan (2:2) sonra deyib.

O, matçın çətin keçdiyini vurğulayıb: "Amma qalib gələ bilərdik. Rəqibin Buffonun qurtarışından sonra başqa qol epizodu yox idi. 2:0-dan sonra öz oyunumuzu unutduq.  Hələ də növbəti mərhələyə yüksəlmək üçün şansımız var. "Tottenhem" səddini keçməyə çalışacağıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində