İstanbulun sərgi mərkəzində yanğın oldu

14 Fevral 2018 10:27

Türkiyənin İstanbul şəhərində "CNR Expo" sərgi mərkəzində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın yerli vaxtla saat 05:00-da baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində