"Fənərbağça"nın baş məşqçisi istefaya göndərildi

14 Fevral 2018 10:10

Qadın voleybolçulardan ibarət "Fənərbağça" klubunun baş məşqçisi Jan De Brandt istefaya göndərilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin "İqtisadçı"nın sabiq çalışdırıcısı ilə yollarını ayırmasına komandanın son matçlarda uğursuz çıxışı səbəb olub.

Belçikalı mütəxəssis artıq yığmamızın da hücumçusu Polina Rəhimovanın heyətində yer aldığı "Fənərbağça" ilə vidalaşıb. O bildirib ki, nəticələr ürəkaçan olmadıqda komandadan ilk gedən baş məşqçi olur: "Gülə-gülə "Fənər". Oyunçular və məşqçilər korpusuna işbirliyimiz üçün təşəkkür edirəm. Mövsümün axırınadək hər şey ürəyinizcə olsun. Yeni təkliflər gözləyirəm".

Qeyd edək ki, 2008-2010-cu illərdə də "Fənərbağça"da işləmiş Brandt mövsümün əvvəlində komandanın "sükanı arxası"na keçmişdi. İstanbullular ölkə çempionatında və Çempionlar Liqasında 3-cü pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində