Aktrisadan ölən əri barədə Sevgililər günü ismarışı: "Çox darıxmışam" - FOTO

14 Fevral 2018 12:52

"Yeşilçam" ulduzu Perihan Savaş 1995-ci ildə vəfat edən aktyor Yılmaz Zaferə Sevgililər günü məktubu yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa 6 il evli qaldığı ərini hələ də sevdiyini etiraf edib:

"Gözəl həyat yoldaşım, mənə eşqin nə demək olduğunu öyrədən adam. Məni və yeganə oğlumuz Savaşı yarı yolda qoydun, amma ikimiz də göy üzünə baxanda sənin gülər üzünü görürürk. Sənin üçün çox darıxmışam. Mənə gözəl olan hər hissi yaşatdığın üçün sənə sonsuz təşəkkür edirəm. Nur içində yat, gözəl ürəkli insan. Oğlumuz mənə əmanətdir".

Qeyd edək ki, Yılmaz Zafer 1995-ci ildə - 39 yaşında infarkt keçirdikdən sonra ağır xəstəliyə düçar olmuş və dünyasını dəyişmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində