54 yaşlı "Təhminə": "Həyatımda heç kim yoxdur" - FOTO

15 Fevral 2018 21:07

54 yaşlı türkiyəli aktrisa Meral Konrat Milli.Az-a açıqlama verib. Aktrisa ikinci dəfə ailə qurmaq istəyindən danışıb.

"Həqiqi bir eşq istəyirəm. Elə bir sevgi olsun ki, onunla yaşaya bilim. Əgər belə bir insan qarşıma çıxsa, mütləq evlənəcəyəm. Sevgi qarşılıqlı sayğı ilə olmalıdır. Hal-hazırda həyatımda heç kim yoxdur", - deyə aktrisa bildirib.

Aktrisa həmçinin Təhminə obrazından da danışıb.

"Təhminə özəl bir qadındır. O həqiqətən sevgisinə inanıb, ona sahib çıxır. Sevgisi üçün həyat yoldaşından da boşanır. Tamamilə mənə yaxın olan bir obrazdır. Mən Təhminənin filmdə ölməsini istəmirdim. Hər dəfə filmə baxarkən o səhnədə ağlayıram. O bir başqa xanımdır", - deyə aktrisa bildirib.

Əli Rəhimoğlu

Milli.Az