Azərbaycanda yol qəzasında 6 nəfər xəsarət alıb - VİDEO - FOTO

14 Fevral 2018 08:42

Şəkidə baş verən yol qəzasında 6 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, fevralın 13-ü axşam saat 19:30 radələrində rayonun Baş Göynük avtomobil yolunda "VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəzadan sonra avtomobillərdə olanlar:  Şəki rayonu Baş Şabalıd kənd sakini 1955-ci il təvəllüdlü Səlim Yaqub oğlu Səlimov, Səlimin qızı 1987-ci il təvəllüdlü Reyhanə Səlimova, Baş Şabalıd sakini, 2010-cu il təvəllüdlü Cəbrayıl Söhrab oğlu Həsənov, Cəbrayılın anası 1980-cı il təvəllüdlü Çinarə Etibar qızı Həsənova, Şin kənd sakini 1963-cü il təvəllüdlü Aydın Cuma oğlu Paşayev və Qax rayon sakini 1990-cı il təvəllüdlü Tural Mikayıl oğlu Rəsulov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan verilən məlumata görə, yaralılardan Cəbrayıl Həsənov və Tural Rəsulovun müalicələri xəstəxananın reanimasiya şöbəsində, Səlim Səlimovun müalicəsi isə cərrahiyə şöbəsində aparılır.

Reyhanə Səlimova, Aydın Paşayev və Çinarə Həsənovanın vəziyyətləri yüngül olduqlarından  onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə DƏHŞƏT: Bir ailənin 4 üzvü olmaqla 6 nəfər qəzaya düşdü