ABŞ-da atışma baş verib, ölən və yaralananlar var

14 Fevral 2018 07:54

ABŞ-ın Uest-Valli-Siti şəhərinin (Yuta ştatı) mərkəzi rayonlarından birində atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində bir nəfər həlak olub, iki nəfər isə xəsarət alıb. Ölənlərin və xəsarət alanların yaşları və kimlikləri bildirilmir.

Atəş açan şəxs hələ saxlanılmayıb.

Milli.Az