Rio-de-Janeyroda oğurluqla məşğul olan 110-a yaxın kloun saxlanılıb

14 Fevral 2018 07:46

Rio-de-Janeyroda oğurluqla məşğul olan 110-a yaxın kloun saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, klounlar karnaval zamanı oğurluqla məşğul olduqları zaman saxlanılıblar. Klounların üzərində tapança, güllələr və qumbara aşkar edilib.

Bundan əlavə, onların üzərində oğurlanmış 5 mobil telefon, saat və 2 pul kisəsi tapılıb.

Onların polis məntəqəsinə çatdırılması üçün 3 avtobus lazım olub.

Milli.Az