BƏƏ-də betonqarışdıran maşında 22 miqrant saxlanılıb

13 Fevral 2018 23:00

Birləşmiş Ərəb Əmirliklərində ölkəyə betonqarışdıran maşında keçmək istəyən 22 miqrant saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, betonqarışdıran maşının sürücüsü Oman ilə sərhəddə Hatam gömrük məntəqəsində saxlanılıb. Betonqarışdıran maşında 21 asiya ölkələrindən olan insanlar və bir afrikalı aşkar edilib.

İnsidentlə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində