Qonşuda yanacağın qiyməti ucuzlaşdı

13 Fevral 2018 22:17

Dünən axşam saatlarında Türkiyədə yanacağın qiyməti düşüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dünəndən etibarən benzinin qiyməti litrində 11 quruş (0.5 qəpik), dizelin qiyməti isə 17 quruş (0.8 qəpik) düşüb.

Məlumata görə, firmaların müəyyən etdiyi qiymətlərdə, şirkətlər və şəhərlərə görə, kiçik fərq müşahidə edilir.

Xatırladaq ki, benzinin qiymətində son dəfə fevralın 9-da 16 quruş (0.7 qəpik) endirim, dizelin qiymətində isə yanvarda 8 quruş artım (0.4 qəpik) edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində