Üzərindən narkotik, evindən silah tapıldı - VİDEO

13 Fevral 2018 22:02

Neftçala sakinindən narkotik və odlu silah götürülüb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev polislər tərəfindən saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, baxış zamanı onun üzərindən 55 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə polislər tərəfindən baxış keçirilən zaman oradan əlavə olaraq 2 kiloqram 100 qram marixuana və müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-8" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Üzərindən narkotik, evindən silah tapıldı