Microsoft 35 milyon Xbox One satıb

15 Fevral 2018 08:35

Mütəxəssis Daniel Ahmadın məlumatlarına əsasən, bütün dünya üzrə "Xbox One" oyun avadanlıqlarının satışlarının sayı 35 milyon ədədə yaxınlaşıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu məlumatlar NPD analitik şirkəti tərəfindən qeydə alınıb. Ancaq ABŞ-ın "Mictosoft" şirkəti 2014-cü ildən bu yana bu barədə məlumatları dərc etmir.

Bununla belə, mütəxəssislər əmindirlər ki, "Xbox One X" oyun avadanlığı hazırda ABŞ-da "PS 4 Pro" oyun avadanlığından daha yaxşı satılır. "Nintendo Switch" oyun avadanlığının tirajı isə 14,86 milyon ədəd təşkil edir.

Müqayisə üçün bildirək ki, 2017-ci ilin sonu üçün satılan "PlayStation 4" oyun avadanlığının ümumi sayı 73,6 milyon ədəd təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində