Obyektləri yaxınlaşdıran 4D eynək yaradılıb

15 Fevral 2018 07:41

Kaliforniya Universitetinin tərtibatçıları film obyektlərinə baxış zamanı tamaşaçıya toxunmağa imkan verəcək dördölçülü eynək yaradıblar. İştirakın effektini gücləndirmək üçün eynək istifadəçiyə "toxunmağa" başlayaraq baxış zamanı, məsələn, ekranda tamaşaçıya tərəf hərəkət edən obyekt görünəndə əlavə hisslər yaradacaq.  

Milli.Az ICTnews-a istinadən bildirir ki, texnologiyanın hazırlanmasında iştirak edən neyrobioloqlar beyinin görmə və toxunuşa reaksiya qabiliyyətinə cavabdeh müxtəlif nahiyələrinin öyrənilməsi ilə məşğul olublar. Beyinin "aldadılması" üçün yaradılan eynək alimlərə beyinin fəaliyyət mexanizmlərinin tədqiqi üzərində aparılan işdə kömək edəcək. Bununla belə tərtibatçılar hesab edir ki, eynəkdən adi vəziyyətlərdə də istifadə mümkündür. Bu səbəbdən onlar əmindir ki, eynək filmlərin seyrini, əlavə və virtual reallıq oyunlarını və digər əyləncələri tamamlayacaq.  

Məlumata görə, obyekt tamaşaçıya "yaxınlaşmağa" başlayan zaman o, qarnitura quraşdırılan kiçik generatorlar tərəfindən yaradılan hava axınını hiss edir. Lakin mexanizmi müəyyən edilmiş vaxtda işə salmaq mümkündür - ideal iştirak effektinə 800-1000 milli-saniyə arasında nail olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində