Pis əhval beyinə necə təsir göstərir?

13 Fevral 2018 23:05

Hisslərimizin acı çəkən insanlara verdiyimiz reaksiyaya gözlənilməz təsiri göstərə bilər, Melissa Hogenboom deyir.

Margaret Atwood-un antiutopik romanı Qulluqçu Qızın Hekayətində (A Handmaid's Tale) Offred-in sürü içinə atılması və haqsız yerə həbsi səhnələrindəki acını az qala hiss edirik.

Səbəb isə sadədir: biz bilirik ki, bu bədii əsərdəki hər bir epizod tarixdəki hansısa hadisənin təsiri əsasında yaranıb.

"Əgər xəyali bağça qursaydım, oradakı qurbağaların real olmasını istəyərdim," Atwood New York Times üçün qələmə aldığı yazısında deyib.

Buna görə də özümüzü asanlıqla Offred-in yerinə qoya bilirik və ona yazığımız gəlir. Hadisə, başqalarının acısını paylaşmaq kimi insani hisslərə toxunur. Həqiqətən də ağrı çəkən birini gördükdə beynimizin ağrı ilə əlaqəli hissələri aktivləşir.

Amma sən demə bizim ruh halımız şəfqət hisslərimizə də təsir göstərir. Emosiyalarımız beynimizin başqalarına qarşı cavabını dəyişə bilər (qarşı tərəf ağrı içində olsa belə). Xüsusilə də bəd əhvalımızın sosial dünyamıza təsirləri böyük ola bilər.

Gizli deyil ki, əhvalımız davranışımıza saysız şəkildə nüfuz edir: qida seçimindən tutmuş (pis əhval-ruhiyyədə olarkən sağlam qidalar yemirik) dostluqlarımıza qədər. Dostlarımız əhvalsız və kədərli olan zaman həmin hiss keçici ola bilir və bizi də pis edir.

2017-ci ilin bir araşdırması isə müəyyənləşdirib ki, əhval sosial mediadan da yayıla bilər.

Emosiyalarımız əslində o qədər güclüdür ki, pozitiv əhval yaramızın ağrısını da yüngülləşdirə bilər. O, bizdə ağrıkəsici effekti yaradır.

Neqativ emosiyalar isə əksini yaşadır: ağrıya qarşı hissimiz daha da artır.

empatiNeqativ emosiyalar ağrı içində olanlara qarşı şəfqət hissimizi dəyişə bilər

2017-ci ilin dekabrında nəşr olunan bir araşdırmada isə, pis əhvalın ağrı çəkənlərə qarşı şəfqət hissimizi dəyişdiyi ortaya çıxıb. O, həqiqətən də şəfqətimizi azaldır.

Cenevrə Universitetindən Emilie Qiao-Tasserit və komandası ağrı yaşayan insanlara qarşı olan hisslərimizə emosiyalarımızın təsirini başa düşmək istəyib. Ağrı yaransın deyə onlar, iştirakçıların ayağına temperatur artıran alət bağlayıblar.

Ağrı ilə yanaşı komanda, iştirakçıların beyninə nəzarət etmək üçün skaner də qoşublar və onlara pozitiv və ya neqativ filmlər göstəriblər.

Neqativ klip izləyən və sonra ağrı çəkən insanlara baxanların beynində ağrı ilə əlaqəli hissələr daha az aktiv olub: ön insula və orta sinqular korteks. Onlar adətən ağrı çəkən birini gördüyümüzdə və ya özümüz ağrı yaşayarkən aktivləşirlər.

"Başqa sözlə neqativ emosiyalar, beynimizin başqalarının ağrısına qarşı həssaslıq həcmini əzə bilirlər" Qiao-Tasserit izah edir.

Bu iş bir çox şeyləri aşkarlayıb. Göstərib ki, emosiyalarımız sözün əsl mənasında "beynimizin vəziyyətini" dəyişmək iqtidarındadır. Belə halda hisslərimiz başqalarının acısını qavramamızı da idarə edə bilir.

Damızlık Kızın ÖyküsüQulluqçu Qızın Hekayətində bir çox narahatedici səhnələr var

Qiao-Tasserit və həmkarlarının apardığı başqa bir araşdırma göstərib ki neqativ klip izləyən adamlar neytral emosiyalı birini daha çox bədbin görüblər.

Bu nəticələrin real həyatda təsiri isə daha qarışıq olur. Deyək ki, söz sahibi bir insan, məsələn müdirinizin həyatında çox neqativ bir hadisə baş verib. Bu halda o, ağrı çəkən həmkarına qarşı daha az həssas olacaq və ona neqativ yanaşacaq.

Şəfqətsizliyin başqa nəticələri də var. Araşdırmaların əldə etdiyi məlumatlara görə, azalan şəfqət xeyriyyə üçün ayrılan məbləği də azaldacaq.

Beyin skanları göstərib ki, bu halda biz həm də ən yaxın sosial çevrəmizdə olmayan insanlara qarşı az şəfqət bəsləyirik, məsələn idman klubundakı komanda yoldaşımız.

Bəs niyə neqativ emosiyalar şəfqəti azaldır?

Ola bilsin ki, şəfqətin empatik çətinlik adlı xüsusi növü hərəkətə keçir. Cenevrə Univeristetindən Olga Klimecki izah edir ki, bu, başqasının başına gələn bədbəxt bir hadisəyə qapılıb hisslərə yenilməkdənsə, özünü müdafiə hissinin hərəkətə keçməsidir.

Tipik şəfqətlə müqayisədə bu halda beyinin aktivliyi də fərqli olur. Bu cür çətinlik təbii olaraq getdikcə rəhmliliyi də azalda bilər.

Başqa bir izah da belədir ki, neqativ emosiyalar doğuran istənilən hadisə bizi özümüzə və üzləşdiyimiz problemlərə köklənməyə həvəsləndirir.

"Neqativ emosiyalar çoxluğundan əziyyət çəkən narahat və depressiyalı xəstələr adətən öz problemləri ilə məşğul olurlar və tək qalırlar," Qiao-Tasserit deyir.

empatiMəğluba qarşı şəfqət hiss etmək normal haldır

Klimecki və həmkarları tərəfindən 2016-cı ildə aparılan bir araşdırmada, empatik çətinliyin aqressiya (əsəb/gərginlik/təcavüz) yaratdığı ortaya çıxıb. Araşdırma əsnasında iştirakçılar haqsız hala salınıblar və sonra onlara rəqiblərini cəzalandırmaq və ya bağışlamaq imkanı verilib.

Laboratoriyaya gəlməmişdən qabaq isə iştirakçılar üzərində şəxsiyyət sınağı aparılıb. Klimecki müəyyənləşdirib ki, daha çox rəhmli olan insanlar daha çox şəfqətli davranıblar.

Klimecki üçün bunun böyük mənası var. Şəfqət üzərində apardığı gərgin araşdırmaları göstərib ki, insanlara daha çox rəhmli davranış öyrətmək mümkündür.

O, rəhmli şəfqət hissinin aşılana bilən bir şey olduğunu aşkarlayıb. Başqalarına qarşı emosional cavablarımız daşdan deyil.

Bu göstərir ki, biz daxili şəfqətimizi tamamilə dəyişə bilərik. Bir az daha pozitiv düşünmək isə başqalarının ehtiyaclarına qarşı diqqətimizi genişləndirə bilər.

"Bu, xoşbəxtliyin açarı kimi daha böyük münasibətlərə yol açar," Qiao-Tasserit deyir.

Pis əhvalınız olan zaman ətrafınızdakı insanların bundan necə təsirləcəyini düşünməyə dəyər. Dəhşətli antiutopik romanlar və ya qorxulu kinolar haqqında da düşünməyə dəyər. Özünüzü pis hiss edən zaman bu cür kitab oxusanız və ya film izləsəniz, ətrafınızdakı insanlara qarşı şəfqətiniz də azalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində