Azərbaycanda yeni medal təsis edildi

13 Fevral 2018 17:12

Azərbaycanda "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı təsis edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik edilib.

Medal səfərbərlik və vətəndaşların hərbi vətənpərvərlik mövzusunda maarifləndirilməsində xidmətləri olan hərbçilərə və mülki vətəndaşlara veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində