Bu şəxslər agentliyə haqq ödəyəcəklər

13 Fevral 2018 17:03

Enerji istehsalçıları, ötürücülər, paylayıcılar və təchizatçılar müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma - Enerji Məsələlərini Tənzimləmə Agentliyinə haqq ödəyəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Energetika haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, haqqın məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində