Bu ölkə Azərbaycandan 1 milyon dollarlıq şərab alıb

13 Fevral 2018 17:20

2017-ci ildə Azərbaycan 6 milyon dollar dəyərində şərab məhsulu ixrac edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan və Çin arasında iqtisadi əlaqələrə həsr olunmuş mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycanın şərab məhsullarını ən çox idxal edən ölkələrdən biri Çindir.

Ş.Mustafayevin sözlərinə görə, təkcə bu ölkəyə Azərbaycan təxminən bir milyon dollarlıq şərab tədarük edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində