Futbolçu 26 yaşında karyerasını başa vurmalı oldu

14 Fevral 2018 07:41

"Hall Siti"nin yarımmüdafiəçisi Rayan Meyson 26 yaşında karyerasını başa vurmaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvarında başından aldığı zədə futbolçunu yaşıl meydanlardan uzaqlaşmağa vadar edib.

"Dərin təəssüflə bildiririk ki, 2017-ci il 22 yanvarda başından aldığı zədə səbəbindən Rayan Meyson peşəkar karyerasını başa vurmalı olub. Rayan məşhur nevroloq və neyrocərrahlarla məsləhətləşəndən sonra futbola qayıtmamaq qərarına gəlib. O, sağalmasına kömək edən hər kəsə təşəkkür edir və 12 ay müddətində ona dəstək verənlərə borcludur".

Meyson "Çelsi"nin müdafiəçisi Qari Kehillə oyunda toqquşmada xəsarət almışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində