Murad Dadaşov ərizə yazdı - FOTO

13 Fevral 2018 16:29

"Könüllü məşhurlar" layihəsinin növbəti qonağı əməkdar artist, tanınmış teleaparıcı, aktyor, "Bakılı Oğlanlar" şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov olub.

Milli.Az xəbər verir ki, Murad Dadaşov Sumqayıt "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib.

Şoumen ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub. O, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində vətəndaşlara xidmət göstərib, sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihələrinə dəstək olub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində