"Mançester Siti" hakimlərin işinə cavabdeh şəxslə görüşəcək

13 Fevral 2018 19:55

İngiltərədəki futbol oyunlarında hakimlərin işinə məsul olan qurumun rəhbəri Mayk Rayli "Mançester Siti" klubunun nümayəndələri ilə görüşəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, görüşdə "şəhərlilər" hakimliklə bağlı təklifləri müzakirə olunacaq. Mançester klubu cari mövsümdə futbolçularına qarşı sərt oyundan narazıdır.

"Siti"də hesab edirlər ki, oyundan sonra İngiltərə Futbol Assosasiyası hakim qərarlarını yenidən nəzərdə keçirib cəza vermək səlahiyyətinə malik olmalıdır.

Klub "Professional Game Match Official Ltd" təşkilatının meneceri Rayliyə 9 epizod göndərmişdi. Bu epizodlarda "Mançester Siti" futbolçularına qarşı kobud oynayan rəqibin yetərincə sərt cəzalandırılmaması öz əksini tapımışdı. Mayk Rayli mövsümün gedişində müxtəlif klubların nümayəndələri ilə görüşür. "Siti" qaydalarda dəyiişklik edilməsi üçün başqa qurumları inandırmalıdır. Bu isə ağlabatan görünmür. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində