Putin xəstələndi - Tədbirlər təxirə salındı

13 Fevral 2018 15:18

Rusiya Prezidenti Vladimir Putin soyuqlayıb, amma işlərini davam etdirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı V.Putinin mətbuat katibi Dmitri Peskov verib.

O qeyd edib ki, soyuqdəymə ilə əlaqədar prezident bir neçə tədbiri təxirə salıb.

Bununla belə, V.Putinin sağlamlığında ciddi problemin olmadığı məlumat verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində