Azərbaycanın xalq artisti vəfat etdi - YENİLƏNİB

13 Fevral 2018 15:50

15:50

Azərbaycanın xalq artisti, qarmon ifaçısı Kamil Vəzirov vida mərasiminin keçiriləcəyi vaxt və dəfn olunacağı yer dəqiqləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, K. Vəzirovun cənazəsi sabah saat 11:00-da Neapol küçəsi 1 ünvanından - yaşadığı evdən götürüləcək. 

Şöbədən bildirilib ki, K. Vəzirov Yasamal qəbiristanlığında dəfn olunacaq.

----------

13:30

Xalq artisti Kamil Vəzirov vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məşhur qarmon ustasının ölüm xəbəri sosial şəbəkədə yayılıb.

O, bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Kamil Vəzirov mərhum kamança ustası, əməkdar artist Ədalət Vəzirovun qardaşı olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində