"Türkiyə çadır dövləti deyil"

13 Fevral 2018 13:09

Türkiyə çadır dövləti deyil. Əsrlərdir dövlət anlayışımız var.

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

"Strateji tərəfdaşımız, müttəfiqlərimiz PYD-yə silah və maliyyə cəhətdən dəstək olduğunu danırsa, bu da bizim qərarlarımıza təsir edəcək. Bunu hamı bilməlidir. Türkiyə çadır dövləti deyil. Əsrlərdir dövlət anlayışımız var. Nə lazımdırsa, onu da edirik. Bir dəfə ölüb, min dəfə dirilərik. Hərbi gəmilərimiz, təyyarələrimiz hər növ müdaxilə üçün hazır vəziyyətdədirlər".

Bəxtiyar Umarlı
Milli.Az